Yuxarı
    Bağlamaq

    Rusiya əhalisi rubla inanmır

    Dollar yaxın 3 ayda 7%-ə qədər bahalaşa bilər

    Bakı. 7 noyabr. REPORT.AZ/ Rusiya əhalisi milli valyuta - rublun məzənnəsinin yüksək olduğunu düşünür.

    "Report" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, bu nəticə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi tərəfindən keçirilən sorğu əsasında əldə edilib.

    Sorğuda iştirak edən respondentlərin 61%-i hesab edir ki, yaxın 3 ayda Rusiyada dolların məzənnəsi 63 rubla yüksələcək. Respondentlərin 49%-nə görə isə 1 ildən sonra məzənnə 64 RUB/USD-yə yüksələcək.

    Mərkəzin aparıcı ekspert-məsləhətçisi Oleq Çernozubun fikrincə, Rusiya əhalisi dolların hazırkı məzənnəsinin aşağı olduğunu hesab edir və onun artmasını gözləyir.

    Qeyd edək ki, son günlərdə neftin qyimətinin 64 dollar/bareli ötməsinə baxmayaraq, məzənnə artaraq 59 RUB/USD səviyyəsini ötüb. Analitiklər ilin sonuna qədər bu trendin davam edəcəyini və dolların 60 rubl həddini ötəcəyini proqnozlaşdırırlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi