Rusiya əhalisi böhranın uzun müddət davam edəcəyini düşünür

Rusiya əhalisi böhranın uzun müddət davam edəcəyini düşünür Son iki ildə nikbin insanların sayı xeyli artıb
Maliyyə
1 Fevral , 2017 16:34
Rusiya əhalisi böhranın uzun müddət davam edəcəyini düşünür

Bakı. 1 fevral. REPORT.AZ/ Rusiya əhalisinin yarısı iqtisadi böhranın 2 il və ya daha çox davam edəcəyini düşünür. "Report" "RBK" agentliyinə istinadən xəbər verir ki, bu məlumatı "Levada-sentr" araşdırma mərkəzi keçirdiyi sorğunun nəticələrinə əsasən yayıb.

Araşdırma mərkəzinin yanvarın 20-23-də ölkənin 48 regionunda 1 600 respondent arasında apardığı sorğunun nəticələrinə görə, iqtisadi böhranın Rusiyada ən azı 2 il davam edəcəyini düşünənlər 22% təşkil edib. İqtisadi böhranın uzun müddət davam edəcəyini və nə zaman bitəcəyini bilməyənlər də sorğu iştirakşılarının 22%-nə bərabər olub. 

"Levada-sentr"in sosioloqu Marina Krasilnikovaya görə, əhalinin fikirlərini cəmləşdirərək belə nəticəyə gəlmək olar ki, əksər insanlar ölkədə iqtisadi vəziyyətin yaxın illərdə düzəlməyəcəyini düşünürlər. Sosioloqun araşdırmasına əsasən, iqtisadi vəziyyətin düzələcəyinə nikbin yanaşanların sayı son iki ildə artmayıb. Əksinə, 2014-cü ilin dekabrında əhalinin 14%-i böhranın uzun müddət davam edəcəyini düşünürdüsə, hazırda bu göstərici 22%-ə yüksəlib.

Son xəbərlər

Orphus sistemi