Yuxarı
    Bağlamaq

    Rusiya bankları SWIFT sistemindən kənarlaşdırıla bilər

    VTB-nin rəhbəri ​Andrey Kostin: ABŞ səfiri Rusiyanı tərk etməlidir

    Bakı. 4 dekabr. REPORT.AZ/ "Rusiya banklarının SWIFT beynəlxalq ödəmə sistemindən uzaqlaşdırılması müharibə kimi başa düşüləcək". "Report"un xəbər verdiyi kimi, bunu Rusiyanın VTB Bankının rəhbəri Andrey Kostin bəyan edib.

    A.Kostin SWIFT sisteminin (Ümumdünya Banklararası Maliyyə və Telekomunikasiya Cəmiyyəti) Rusiya bankları üçün fəaliyyətinin dayandırılacağı gün ABŞ səfirinin Rusiyanı tərk etməli olacağını bildirib. Onun sözlərinə görə, Rusiyanın avro və dollardan asılı olan bank sistemi Rusiya iqtisadiyyatının ən zəif nöqtəsidir.

    Xatırladaq ki, bu ilin sentyabrın 18-də Avropa Parlamenti Avropa İttifaqı ölkələrini Rusiyanın SWIFT sistemindən çıxarılması məsələsinə baxmağa çağırıb.

    Bundan bir həftə sonra A.Kostin VTB və "Sberbank"ın SWIFT-ə alternativ yaratmağa çalışdığını və bununla bağlı danışıqlar getdiyini bildirib. Onun sözlərinə görə, artıq mövcud olan MB sisteminin effektsizliyi istifadəsi yüksək xərclərlə əlaqəlidir və yeni sistem daha ucuz olacaq.

    Rəsmi məlumatlara görə, SWIFT sistemindən istifadə edən ölkələrin sıralamasında Rusiya ABŞ-dan sonra ikinci yeri tutur.

    Xatırladaq ki, əsası 1973-cü ildə qoyulan SWIFT sistemi vasitəsi ilə hər gün 6 trln. dollar həcmində əməliyyat aparılır. Ümumilikdə, bu prosesdə təxminən 210 ölkənin 10 min maliyyə təşkilatı iştirak edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi