Rusiya Bankı ölkədən kapital axını ilə bağlı proqnozunu yaxşılaşdırıb

Rusiya Bankı ölkədən kapital axını ilə bağlı proqnozunu yaxşılaşdırıb Qurum bu il Rusiyadan 17 mlrd. dolların çıxarılacağını gözləyir
Maliyyə
16 Sentyabr , 2017 12:51
Rusiya Bankı ölkədən kapital axını ilə bağlı proqnozunu yaxşılaşdırıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bankı) 2017-2020-ci illərdə ölkədən kapital axını ilə bağlı proqnozunu yaxşılaşdırıb.

“Report” xəbər verir ki, bu barədə qurumun pul-kredit siyasəti barədə hesabatında bildirilir.

Hesabata əsasən, bu il ölkədə kapital axını 17 mlrd. ABŞ dolları, 2018-2020-ci illərdə isə 10 mlrd. dollar təşkil edəcək.

Xatırladaq ki, Rusiya Bankının sədri Elvira Nabiullina iyunda verdiyi açıqlamada bildirmişdi ki, 2017-ci ildə ölkədə 37 mlrd. dollar, 2018-ci ildə 14 mlrd. dollar, 2019-cu ildə isə 8 mlrd. dollar pul çıxacaq. 

Son xəbərlər

Orphus sistemi