Rüfət Aslanlı: "Hüquqi bazanın olmaması səbəbindən "Bank Standard"a görə dövlət 435 mln. manat kompensasiya ödəyib"

Rüfət Aslanlı: "Hüquqi bazanın olmaması səbəbindən "Bank Standard"a görə dövlət 435 mln. manat kompensasiya ödəyib" Milli Məclisin bugünkü plenar iclasında çıxış edən MBNP-nin sədri bununla bağlı dünyada geniş təcrübənin olduğunu bildirib
Maliyyə
7 Aprel , 2017 17:18
Rüfət Aslanlı: Hüquqi bazanın olmaması səbəbindən Bank Standarda görə dövlət 435 mln. manat kompensasiya ödəyib

Bakı. 7 aprel. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı “Banklar haqqında” qanuna edilmiş dəyişikliklərdə nəzərdə tutulan “körpü-bank” anlayışının mahiyyətinə bir daha aydınlıq gətirib.

“Report”un məlumatına görə, Milli Məclisin bugünkü plenar iclasında çıxış edən sədr bununla bağlı dünyada geniş təcrübənin olduğunu bildirib.

“Keçən il “Bank Standard”a müvəqqəti inzibatçı təyin etdik. Həmin bankın sağlam aktivləri və ona maraq göstərənlər var idi. Amma müvafiq hüquqi bazarının olmamasına görə, həmin sağlam aktivləri o xəstə maliyyə institutunun içərisindən çıxara bilmədik. Son nəticədə, dövlət 435 mln. manat kompensasiya ödəməli oldu. Halbuki, həmin sağlam aktivləri normal reputasiyası olan investorlara ötürmək, “körpü-bank” yaratmaq, bank əmanətçilərinin, dövlət və biznes strukturlarının öz vəsaitlərindən sərbəst şəkildə istifadə etməsinə imkan yaratmaq olardı”.

R.Aslanlı rəhbərlik etdiyi quruma geniş səlahiyyətlərin verilməsinə yönəlmiş tənqidlərə də cavab verib: “Burada söhbət dövlət və xüsusi eksklüziv biznes arasında münasibətlərdən gedir. Banklarda əhalinin, dövlətin və biznesin vəsaitləri toplanır, bunun üçün xüsusi tənzimləmə rejimi olmalıdır, maliyyə nəzarəti orqanı bütün alət və salahiyyətlərə malik olmalıdır”.

Son xəbərlər

Orphus sistemi