Yuxarı
    Bağlamaq

    Rüfət Aslanlı: "Hər hansı bankın bağlanması gündəmdə deyil"

    “Bank Standard”ın əmanətçilərinə artıq kompensasiyanın 83%-i ödənilib

    Bakı. 4 noyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda daha bir kommersiya bankının bağlanacağı ilə bağlı gəzən şayiələrə münasibət bildirib. “Report” xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

    R.Aslanlı qeyd edib ki, hazırda hər hansı bankın bağlanması məsələsi gündəmdə deyil: “İndi məqsədimiz yalnız bankların dayanıqlılığının təmin edilməsidir. Müəyyən banklar var idi ki, onların kapitalla bağlı problemləri olub. Həmin bankların səhmdarları ilə görüşdük. Onların bir qismi kapital probleminin həlli istiqamətində heç bir tədbir görmədi və lisenziyaları ləğv olundu. Bəzi banklar isə kapitalını lazım olan səviyyəyə çatdırdılar. Yalnız “Bank Standard”la bağlı vəziyyət müəyyən qədər fərqli olub. Bu bankın sağlamlaşdırılması ilə bağlı tədbirlər nəticə vermədi və onun menecmentinin, sanator bankın müraciəti əsasında "Bank Standard”ın lisenziyasını ləğv etdik. Hazırda digər banklarla bağlı ciddi problem yoxdur”.

    R.Aslanlı onu da əlavə edib ki, “Bank Standard”ın əmanətçilərinə ödənilməli olan 460 mln. manat kompensasiyanın artıq 380 mln. manatı (təxminən 83% - "Report") ödənilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi