Yuxarı
    Bağlamaq

    Rüfət Aslanlı Azərbaycandakı diplomatik nümayəndəliklərin başçıları ilə görüşüb

    Görüş əsnasında Azərbaycanda göstərilən maliyyə xidmətləri ilə əlaqədar diplomatik korpus nümayəndələrini maraqlandıran suallar cavablandırılıb© Report.az

    Bakı. 4 may. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunan xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin başçıları ilə görüşüb. 

    "Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası birgə məlumat yayıb. 

    R.Aslanlı xarici ölkə səfirlərinə maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlərdən bəhs edib və bu sahədə MBNP-nin üzərinə düşən vəzifələr barədə məlumat verib. Bundan əlavə, strateji yol xəritələri ilə müəyyənləşdirilmiş maliyyə sektoru qarşısında duran əsas hədəflər və imkanlar və bütövlükdə maliyyə sektorunda islahatlar gündəliyi müzakirə edilib.

    Xarici ölkələrin Azərbaycandakı səfirləri maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması məqsədilə ölkədə aparılan islahatları yüksək qiymətləndirdiklərini bildiriblər.

    Görüş əsnasında Azərbaycanda göstərilən maliyyə xidmətləri ilə əlaqədar diplomatik korpus nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, o cümlədən yeni qanunvericilik aktları, “Nağdsız hesablaşmalar haqqında” Qanun və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi