​Rüfət Aslanlı Antikollektor Mərkəzinin ofisinə gedib

​Rüfət Aslanlı Antikollektor Mərkəzinin ofisinə gedib O, özünü Mərkəzin əməkdaşına borclu vətəndaş kimi təqdim edib
Maliyyə
3 Mart , 2016 18:38
​Rüfət Aslanlı Antikollektor Mərkəzinin ofisinə gedib

Bakı. 3 mart. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı vəkil Əkrəm Həsənovun yaratdığı Antikollektor Mərkəzinin ofisinə gedib.

“Report”un xəbərinə görə, bu barədə Ə.Həsənov məlumat verib.

O bildirib ki, R.Aslanlı özünü Mərkəzin əməkdaşına borclu vətəndaş kimi təqdim edərək hüquqi yardımın şərtləri barədə maraqlanıb: “Əməkdaşımız ona izah edib ki, bunun üçün sənədlərini təqdim etməlidir. Qiymət siyasətimiz haqda da soruşub və ona bildirilib ki, bunun üçün iş təhlil edilməlidir, amma ən azı ilkin məsləhət hər bir halda pulsuzdur. Ümid edirəm ki, bundan sonra Rüfət müəllim Antikollektor haqda fikrini dəyişib. Bununla belə, Milli Məclisdə səsləndirilən fikirlərə münasibət bildirmək istərdim. Təbii, həmin fikirlər tamamilə yanlışdır. Antikollektorun rəhbəri mənəm və mən həmişə demişəm ki, istənilən borc qaytarılmalıdır. Lakin iki şərtlə: birincisi, qanun çərçivəsində, ikincisi, imkan daxilində”.

Son xəbərlər

Orphus sistemi