Yuxarı
    Bağlamaq

    ​Rublun möhkəmlənməsi davam edir

    Report: Bu, Azərbaycanda rubl/manat məzənnəsinə ciddi təsir etməyəcək

    Bakı. 13 may. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı ABŞ dollarının sabah, mayın 14-ü üçün rəsmi məzənnəsini 49,53 RUB/USD səviyyəsində müəyyən edib. Bu gün isə məzənnə 1,37 rubl ucuzlaşaraq 50 rubldan aşağı enib. Bu həddə dollar Rusiyada sonuncu dəfə 2014-cü ilin noyabr ayında olub.

    "Report" xəbər verir ki, Moskva Banklararası Valyuta Birjasında keçirilən hərraclarda dolların məzənnəsi 49,27 RUB/USD-yə enib. Bundan sonra dolların rublla müqayisədə ucuzlaşması maliyyə bazarı iştirakçıları tərəfindən ehtiyatla qarşılanıb. Çünki hər an Mərkəzi Bankın valyuta intervensiyası həyata keçirilə bilər.

    "Qlobeks" bankın treyderi Andrey Boqun mövcud səviyyədə dolların satılmasını təhlükəli hesab edir. Rublun möhkəmlənməsinin əsas səbəblərindən biri kimi neftin qiymətinin dünya bazarında artması göstərilir. BKS bankının təhlilçisi İvan Kopeykin isə neftin qiymətinin artmasının davam etməsi fonunda dolların məzənnəsinin 48 rubla qədər azalacağını proqnozlaşdırır.

    "Report"un analitik qrupu qeyd edir ki, rublun möhkəmlənməsi Azərbaycanda rubl/manat məzənnəsinə ciddi təsir etməyəcək. Çünki neftin bahalaşması fonunda manatın da digər valyutalara qarşı möhkəmlənməsi gözlənilir. Bu səbəbdən hər iki valyuta təxminən eyni nisbətdə bahalaşacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi