Azərbaycan əhalisi nağd rubl satışını artırıb

Azərbaycan əhalisi nağd rubl satışını artırıb Bu, Rusiyadan gələn turist və həmyerlilərimizin vətənə qayıtması ilə bağlıdır
Maliyyə
12 Avqust , 2016 17:43
Azərbaycan əhalisi nağd rubl satışını artırıb

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində iyun ayında kommersiya banklarına xalis rubl satışı 956 787 400 RUB təşkil edib. 

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu, 2015-ci ilin əvvəlindən əhali tərəfindən təklif edilən ən yüksək aylıq göstəricidir.

Ümumiyyətlə, ölkə əhalisi 2016-cı ilin ilk yarısında kommersiya banklarına 4 001 265 900 rubl həcmində xalis satış həyata keçirib. 

May ayı ilə müqayisədə əhali iyunda banklara nağd rubl satışını 20,9% artırıb.

Ümumiyyətlə, ötən ilin iyun ayı ilə müqayisədə kommersiya banklarının əhalidən xalis rubl alışı 4,7% artıb, yarımillik göstərici isə illik nisbətdə 28,7% çox olub.

"Report"un analitik qrupu qeyd edir ki, əhalinin xalis rubl satışını artırmasına əsas səbəb Rusiyadan olan turistlərin artması və bu ölkədə yaşayan həmyerlilərimizin vətənə qayıtmaları ilə əlaqədardır.

Son xəbərlər

Orphus sistemi