"Royal Bank"ın kreditorlarının nəzərinə!

"Royal Bank"ın kreditorlarının nəzərinə! Fevralın 28-dən ləğv prosesində olan Royal Bank ASC-nin növbəlikdə sonuncu olan təminatsız kreditorların tələblərinin növbəti ödənişinə başlanacaq.
Maliyyə
21 Fevral , 2020 16:43
Royal Bankın kreditorlarının nəzərinə!
google.az

Fevralın 28-dən ləğv prosesində olan "Royal Bank" ASC-nin növbəlikdə sonuncu olan təminatsız kreditorların tələblərinin növbəti ödənişinə başlanacaq.

"Report" xəbər verir ki, bu barədə Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) kreditorlara müraciətində bildirilir. 

Qurum bəyan edib ki, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. Kreditorlar pulu almaq üçün ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati  binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etməlidir. 

Son xəbərlər

Orphus sistemi