Yuxarı

"Ripple" qlobal reytinqdə ikinci pilləyə yüksəlib

"Ripple" qlobal reytinqdə ikinci pilləyə yüksəlib

Bitcoinin bazar payı 41%-ə kimi geriləyib

Bakı. 29 dekabr. REPORT.AZ/ "Ripple" kriptovalyutası kapitallaşmasına görə "Ethereum"u ötərək qlobal reytinqdə "Bitcoin"dən sonra ikinci sıraya yerləşib.

"Report" xəbər verir ki, "Ripple"in qiyməti bu gün 38% artaraq 1,86 dollara yüksəlib və kapitallaşması 72,1 mlrd. dollar təşkil edib. "Ethereum"un qiyməti isə bu gün 2,95% artıb və kapitallaşması 71,5 mlrd. dollara bərabər olub.

Xatırladaq ki, kriptovalyuta bazarının məcmu kapitallaşması 582 mlrd. dollar təşkil edir. "Bitcoin" 41,6% bazar payı ilə ilk sırada qərarlaşıb. "Report"un analitik qrupu "Bitcoin"in getdikcə kriptovalyuta bazarında rolunun azalacağını istisna etmir. Tədricən daha faydalı və tələblərə uyğun işlənib hazırlanmış "altcoin"lər yaradılaraq "Bitcoin" hakimiyyətinə son qoyula bilər və yəqin ki, bu, belə də olacaq.

Hazırda pul köçürmələrində istifadə olunan və əsasən, Avropa bankları tərəfindən istifadə edilən "Ripple" koini daha maraqlı və pozitiv gələcək vəd edən investisiya aləti kimi görünür. 

Qeyd edək ki, Türkiyənin muhafizəkar bankı kimi tanınan "Akbank" da "Ripple" blokçeynindən istifadə edərək pul köçürmələrinə başladığını elan edib və bu yolla xeyli vəsaitə qənaət edəcəyini bildirib.

Xatırladaq ki, kroptovalyuta bazarında hazırda 1 370 "altcoin", 7 413 birja fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi