​"Rəvan Sığorta"nın yığımları 34% azalıb

​"Rəvan Sığorta"nın yığımları 34% azalıb Hesabat dövründə şirkətin ödənişləri də azalıb
Maliyyə
17 Avqust , 2016 17:21
​Rəvan Sığortanın yığımları 34% azalıb

Bakı. 17 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında "Rəvan Sığorta" ASC-nin yığımları 701 361 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,2% azdır.

Hesabat dövründə "Rəvan Sığorta"nın ödənişləri də azalıb. Belə ki, Şirkət 7 ay ərzində 497 438 manat ödəniş edib. Bu isə illik müqayisədə 31,3% azdır.

Cari ilin yanvar-iyul aylarında "Rəvan Sığorta" topladığı hər 100 manat sığorta haqqının 70,92 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyulunda 67,9% olub.

Xatırladaq ki, "Rəvan Sığorta" şirkəti 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizanmamə kapitalı 8 900 071,2 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 40,8 manat olan 218 139 səhm əsasında formalaşıb. Səhmlərin 49,1%-i Şirkətin daxil olduğu "Nurgun Group" MMM-ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi