Yuxarı

“Rəvan Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

​“Rəvan Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Noyabrın 5-də, saat 11:00-da “Rəvan Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 40 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Rəvan Sığorta”nın nizamnaməsinə dəyişiklik edilməsi, şirkətin Direktorlar Şurasının üzvü Famil Nofəl oğlu Nəsibovun səlahiyyət müddətinin daha 3 il uzadılması məsələləri daxildir.

Xatırladaq ki, "Rəvan Sığorta" 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizanmamə kapitalı 8 900 071,2 manatdır. Şirkətin səhmlərinin 49,1%-i "Nurgun Group of Companies"ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank"a məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi