"Rəvan Sığorta"nın mənfəəti 9% artıb

"Rəvan Sığorta"nın mənfəəti 9% artıb Rəvan Sığorta ASC 2019-cu ili 247 min manat mənfəətlə başa vurub.
Maliyyə
3 Aprel , 2020 19:08
Rəvan Sığortanın mənfəəti 9% artıb

"Rəvan Sığorta" ASC 2019-cu ili 247 min manat mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 8,7% çoxdur.

Ötən il "Rəvan Sığorta"nın gəlirləri 2,425 milyon manat (illik müqayisədə 54,5% çox), xərcləri isə 2,178 milyon manat (62,3% çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Rəvan Sığorta”nın aktivləri 17,058 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,8% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 70,9% artaraq 4,153 milyon manata, balans kapitalı isə 1,7% artaraq 12,905 milyon manata çatıb.

Xatırladaq ki, "Rəvan Sığorta" 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmlərinin 49,1%-i "Nurgun Group of Companies"ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank"a məxsusdur.

Son xəbərlər

Orphus sistemi