Yuxarı

"Rəvan Sığorta"dan "Azərbaycan Sənaye Sığorta"ya transfer olub

Söhbət Samir Məmmədovdan gedir

Bakı. 5 sentyabr. REPORT.AZ/ "Rəvan Sığorta" ASC-nin İdarə Heyətinin üzvü Samir Məmmədov vəzifəsindən azad edilib. Bu barədə "Report"a Şirkətdən bildirilib.

Məlumata görə, S.Məmmədov işdən öz istəyi ilə çıxıb. Onun yerinə hələ ki, təyinat olmayıb.

S.Məmmədov bundan sonra "Azərbaycan Sənaye Sığorta" ASC-də Anderraytinq və Təkrarsığorta departamentinin direktoru vəzifəsində çalışacaq. O, yeni işində İntiqam Seyfullanı əvəz edib.

Xatırladaq ki, "Rəvan Sığorta" şirkəti 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizanmamə kapitalı 8 900 071,2 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 40,8 manat olan 218 139 səhm əsasında formalaşıb. Səhmlərin 49,1%-i Şirkətin daxil olduğu "Nurgun Group" MMM-ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank" ASC-yə məxsusdur.

"Azərbaycan Sənaye Sığorta" isə 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 200 manat olan 5 000 səhm əsasında formalaşıb. Səhmlərin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi