Yuxarı

​"Report": Rusiya dolların ucuzlaşmasına izn verməyəcək

Rusiya Mərkəzi Bankı rublun möhkəmlənməsinin əleyhinədir

Bakı. 22 aprel. REPORT.AZ/ Rusiya rublunun dünya neft bazarında qiymətlərin kəskin artması ilə bağlı möhkəmlənməsi prosesi başa çatıb. "Report" xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankının sədr müavini Kseniya Yudayeva söyləyib. O, neftin qiymətinin artması nəticəsində rublun möhkəmlənməsi prosesinin artıq dayandığını və yerli valyutanın məzənnəsinin sabitləşdiyini qeyd edib.

K.Yudayeva bildirib ki, son aylarda neftin 30% bahalaşması ilə rubl da dəyər qazanıb, indi isə stabilləşmə mərhələsidir.

Qeyd edək ki, aprelin ortalarında Rusiyada ABŞ dollarının rəsmi məzənnəsi 29% möhkəmlənib və rubl 69,66 RUR/USD-dən 49,68 RUR/USD-yə düşüb. Lakin məzənnə bu səviyyədə yalnız bir gün qalıb. Bu dövrdə neftin qiyməti 64 USD/barelə yüksəlib. Rublun həddindən artıq möhkəmləndiyini görən Rusiya Mərkəzi Bankı xarici valyuta üzrə aparılan əməliyyatlarda minimal faiz həddini 0,5-0,75 bənd artırıb. Artımdan sonra 28 günə qədər olan REPO əməliyyatlarının qiyməti LİBOR+2%,12 aylıq REPO üzrə isə LİBOR+2,5% olub. Nəticədə rubl zəifləməyə başlayıb və artıq bu gün rəsmi məzənnə 53,97 RUR/USD təşkil edib.

"Otkrıtie Broker" investisiya şirkətinin analitiki Andrey Koçetkova görə, bununla Mərkəzi Bank məzənnənin 50 RUR/USD səviyyəsindən çox möhkəmlənməsinə icazə verməyəcəyinə işarə edir.

"Report"un analitik qrupu hesab edir ki, neftin qiymətinin yaxın aylarda 75 dollar/barelə qədər yüksəlmə ehtimalı olsa da, Rusiya Mərkəzi Bankı rublun möhkəmlənməsinə izn verməyəcək və rubl intervensiyası həyata keçirərək öz valyuta ehtiyatlarını bir qədər möhkəmləndirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi