"Report": Həftənin ən vacib qlobal iqtisadi xəbərləri - TOP-5

"Report": Həftənin ən vacib qlobal iqtisadi xəbərləri - TOP-5 Əsas dəyişikliklər dollar, avro və funtda müşahidə oluna bilər
Maliyyə
2 Oktyabr , 2017 10:24
Report: Həftənin ən vacib qlobal iqtisadi xəbərləri - TOP-5

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu həftənin ən vacib qlobal iqtisadi xəbərləri ABŞ, avrozona, Böyük Britaniya və Avstraliyada açıqlanacaq.

"Report"un analitik qrupu həftənin dünya maliyyə bazarlarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbərini müəyyənləşdirib:

1) Oktyabrın 5-də Bakı vaxtı ilə saat 00:15-də ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Canet Yellen Sent-Luis şəhərinin FED-i tərəfindən hazırlanan bank fəaliyyəti ilə bağlı konfransda çıxış edəcək. Çıxışda FED-in monetar siyasətinin perspektivləri ilə bağlı açıqlamalar veriləcək. Bundan başqa, bu həftə Nyu-York FED-nin rəhbəri Uilyam Dadli (William Dudley), Dallas FED-nin rəhbəri Robert Kaplan və Filadelfiya FED-nin rəhbəri Patrik Harkerin (Patrick Harker) çıxışları gözlənilir;

2) Oktyabrın 6-da ABŞ-ın Əmək Nazirliyi tərəfindən kənd təsərrüfatı istisna olmaqla məşğulluğun sentyabr göstəricisi açıqlanacaq. Konsensus-proqnoza əsasən, məşğulluq göstəricisi "Harvey" və "İrma" qasırğaları səbəbindən avqust ayındakı 156 min nəfərdən sentyabrda 100 minə enəcək. Əsas diqqət sentyabrda orta saatlıq əmək haqlarındakı artıma yönələcək. Əgər avqustda artım 0,1% olmuşdursa, sentyabrda artımın 0,2% olması gözlənilir;

3) Oktyabrın 4-də Bakı vaxtı ilə saat 21:15-də Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Mario Draginin Frankfurtda ECB-nin yeni mərkəzinin açılşında çıxış edəcək. Oktyabrın 5-də 15:30-da isə ECB-nin sentyabr iclasının yekunlarına dair protokollar açıqlanacaq;

4) Bu gün Böyük Britaniyanın sənaye sektorunun fəalliq indeksi, sabah - inşaat sektorunun işgüzar fəalliq indeksi, oktyabrın 4-də isə xidmət sektorunun işgüzar fəalliq indeksi açıqlanacaq. Bir müddət əvvəl İngiltərə Mərkəzi Bankının sədri uçot dərəcəsinin yaxın iclaslarda artırıla biləcəyini bildirsə də, ötən həftə açıqlanan ÜDM artımı göstəricisinin proqnozdan aşağı olması ehtimalları azaldıb. Bu səbəbdən bu həftə açıqlanacaq iqtisadi göstəricilər önəmli olacaq;

5) Oktyabrın 3-də saat 08:30-da Avstraliya Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Analitiklər Bankın uçot dərəcəsini 13-cü dəfə artırmayacağını ehtimal edirlər.

Son xəbərlər

Orphus sistemi