"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5 Bakı. 26 fevral. REPORT.AZ/ Qlobal maliyyə bazarı üçün 26 fevral-4 mart həftəsinin ən vacib iqtisadi xəbərləri ABŞ, avrozona, Böyük Britaniya və Çin açıqlayacaq.
Maliyyə
26 Fevral , 2018 12:24
Report: Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

Bakı. 26 fevral. REPORT.AZ/ Qlobal maliyyə bazarı üçün 26 fevral-4 mart həftəsinin ən vacib iqtisadi xəbərləri ABŞ, avrozona, Böyük Britaniya və Çin açıqlayacaq.

"Report"un analitik qrupu həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbəri müəyyənləşdirib:

1) Fevralın 27-də Bakı vaxtı ilə saat 19:00-da ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel (Jerome Powell) Senat və Konqress qarşısında monetar siyasət və iqtisadi vəziyyətlə bağlı 6 aylıq hesabat açıqlayacaq. O, həmçinin martın 1-də Konqressin nümayəndələr palatasında bank və maliyyə xidmətləri komitəsi qarşısında çıxış edəcək. Maliyyə bazarları C.Pauelin çıxışını diqqətlə təhlil edərək uçot dərəcəsi ilə bağlı siqnallar axtarmağa çalışacaqlar;

2) Fevralın 28-də ABŞ 2017-ci ilin IV rübü üçün ümumi daxili məhsulun artım göstəricisinin son variantı açıqlanacaq. Martın 1-də isə ABŞ-ın Ticarət Nazirliyi fiziki şəxslərin yanvar ayı üzrə gəlirlərini və xərclərini, istehlak qiymətləri üzrə baza indeksi açıqlayacaq. Bu göstəricinin 0,3% artması gözlənilir. Baza qiymət indeksindən FED inflyasiyanın proqnozlaşıdırılması üçün istifadə edilir;

3) Bu gün Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Mario Draqi Bakı vaxtı ilə saat 18:00-da Brüsseldə (Belçika) Avropa Parlamentinin iqtisadi-valyuta komitəsi qarşısında çıxış edəcək. Fevralın 28-də isə avrozonada fevral ayının inflyasiya göstəricisi açıqlanacaq. Qiymət artımının 1,2% təşkil edəcəyi gözlənilir. Yanvarda bu göstərici 1,3% olub;

4) Martın 1-də Böyük Britaniyada fevral ayı üçün sənaye sektorunda fəallıq indeksi açıqlanacaq. İndeksin yanvarda qeydə alınmış 56,3 bənddən 55 bəndə düşməsi gözlənilir. Həmçinin, baş nazir Tereza Meyin Brexitdən sonra Avropa İtttıfaqı ilə əlaqələrlə bağlı çıxış edəcək;

5) Fevralın 28-də Çinin istehsal sektorunda fevral ayı işgüzar fəallıq indeksi açıqlanacaq. İndeksin 50 bənddən yüksək olması iqtisadi artımın davam etməsi kimi qiymətləndiriləcək.

Son xəbərlər

Orphus sistemi