Yuxarı

"Report": Azərbaycan bazarında dollara tələbat azalmır

AMB-nin valyuta intervensiyasını artırmaması bazardakı trendin onun istəyinə uyğun olması ilə bağlıdır

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti valyuta hərracını həyata keçirib. "Report" xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hərracda 50 mln. ABŞ dollarını satışa çıxarıb, lakin real tələbat isə iyunun 28-də olduğu kimi yenə də 500 mln dolları üstələyib. "Report"un analitik qrupu AMB-nin iyulun 1-nə rəsmi məzənnənin 1,5425 AZN/USD səviyyəsinə kimi yüksəldəcəyini ehtimal edir.

Xatırladaq ki, "Brexit" referendumundan sonra qlobal maliyyə bazarında baş verən kəskin dalğalanmalar Azərbaycanın nağd valyuta bazarında da dollara tələbatı artırıb və kommersiya banklarında dollar qıtlığı yaranıb. Əksər banklar nağd dolların satış məzənnəsini maksimuma (1,60 AZN/USD) qaldırıb.

Agentliyin ekspertləri bildiriblər ki, iyul-avqust aylarında dollara tələbatın yüksək olması və rəsmi məzənnənin 1,60 AZN/USD səviyyəsinə qədər artması ehtimal edilir. Dolların məzənnəsinin sabitləşməsi üçün AMB-nin hərraca çıxardığı valyutanın həcmini artırması gözlənilir. Hazırda AMB-nin valyutanın satış həcmini artırmaması isə valyuta bazarında baş verənlərin onun istəyi ilə üst-üstə düşdüyünü göstərir. "Report"un analitik qrupu nağd valyuta bazarında dolların satışının 1,70 AZN/USD-yə qədər artacağını proqnozlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi