"Rabitəbank" mənfəətlə işləməkdə davam edir

"Rabitəbank" mənfəətlə işləməkdə davam edir Bakı. 12 oktyabr. REPORT.AZ/ “Rabitəbank” ASC-nin aktivləri illik müqayisədə 10% azalaraq 2018-ci il oktyabrın 1-nə 656 158 min manat təşkil edib.
Maliyyə
12 Oktyabr , 2018 17:34
Rabitəbank mənfəətlə işləməkdə davam edir

Bakı. 12 oktyabr. REPORT.AZ/ “Rabitəbank” ASC-nin aktivləri illik müqayisədə 10% azalaraq 2018-ci il oktyabrın 1-nə 656 158 min manat təşkil edib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə Bankın kredit portfeli 47% artmaqla 292 020 min manat təşkil edib.

2018-ci il oktybarın 1-nə Bankın cəmi öhdəlikləri 569 169 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12% azalma deməkdir. Hesabat dövründə müştərilərin cari hesabları 24% azalaraq 277 945 min manat, müddətli depozitləri 7% artaraq 212 447 min manat olub. 2018-ci il oktyabrın 1-nə Bankın nizamnamə kapitalı 101 300 min manat, cəmi kapitalı 86 989 min manat təşkil edib.

Bank bu ilin yanvar-sentyabr aylarında 476 min manat mənfəət əldə edib ki, bu da illik müqayisədə 26% azdır. Hesabat dövründə Bankın faiz gəlirləri 26 176 min manat, qeyri-faiz gəlirləri 7 199 min manat, faiz xərcləri 10 111 min manat, qeyri-faiz xərcləri 5 251 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi