“Rabitəbank”ın səhmdarlarının yığıncağı keçiriləcək

“Rabitəbank”ın səhmdarlarının yığıncağı keçiriləcək Bakı. 17 may. REPORT.AZ/ “Rabitəbank” ASC-nin Müşahidə Şurasının 11 may 2018-ci il tarixli qərarına əsasən, iyunun 27-də, saat 17:00-da Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Maliyyə
17 May , 2018 08:58
“Rabitəbank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 17 may. REPORT.AZ/ “Rabitəbank” ASC-nin Müşahidə Şurasının 11 may 2018-ci il tarixli qərarına əsasən, iyunun 27-də, saat 17:00-da Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq “Rabitəbank”ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 33 ünvanında olacaq.

Yığıncağın gündəliyinə Bankın 2017-ci maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının, Audit Komitəsinin hesabatının, Müşahidə Şurasının əsasnaməsinin təsdiq edilməsi və digər məsələlər daxildir. 

Son xəbərlər

Orphus sistemi