Yuxarı

​"Rabitəbank" dollarla krediti olan müştərilərə güzəşt edib

Bank kredit müddətinin uzadılması və kredit üzrə 2%-dək güzəşt təklif edir

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycanın "Rabitəbank" ASC istehlak və mikrokrediti dollarda olan, ödənişlərdə çətinlik çəkən müştərilərinə kredit müddətinin uzadılması və kredit üzrə 2%-dək güzəşt edilməsi imkanı yaradıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, dollarla kredit götürən müştərilərin ödənişlərində çətinliklərin qarşısını almaq üçün tətbiq edilən yeni ödəniş müddəti və ödəniş cədvəli ödəniş məbləğinin manat ekvivalenti ilə əvvəlki məbləğdə saxlanılmasına imkan yaradacaq.

Bu güzəştdən faydalanmaq üçün krediti dollarda olan müştərilər kredit aldıqları “Rabitəbank” filiallarına müraciət etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi