Yuxarı
    Bağlamaq

    “Rabitəbank”da yeni təyinat olub

    Banka Baş informasiya inzibatçısı təyin edilib

    Bakı. 4 aprel. REPORT.AZ/ “Rabitəbank” ASC-də yeni yaradılmış Baş informasiya inzibatçısı vəzifəsinə təyinat olub.

    “Report” xəbər verir ki, bu vəzifəyə Kənan Kərimov gətirilib.

    O, vaxtilə “Bank VTB (Azerbaijan)” ASC-də və “NAB Holding”də çalışıb.

    Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48,5 mln. manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi