"Rabitəbank" birja listinqinə qəbul edilib

"Rabitəbank" birja listinqinə qəbul edilib Ticarətə fevralın 16-da başlanacağı gözlənilir
Maliyyə
15 Fevral , 2016 17:47
Rabitəbank birja listinqinə qəbul edilib

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gündən etibarən Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə “Rabitəbank” ASC-nin qiymətli kağızları BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, 2 390 343 ədəd qiymətli kağız - sənədsiz adi, adlı səhm ticarətə buraxılır. Ticarətə buraxılan qiymətli kağızların ilkin ticarət qiyməti 20,29 manat təşkil edir. Ticarətə fevralın 16-da başlanacağı gözlənilir. 

Qeyd edək ki, BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi