Yuxarı
    Bağlamaq

    Qlobal səhm satışı rekord həddə çatıb

    İnvestorlar qiymətli kağızları sataraq vəsaitlərini valyutaya çevirir

    Bakı. 24 avqust. REPORT.AZ/ Ötən həftə qlobal səhm satışı 8,3 mlrd. ABŞ dolları artaraq son 15 həftənin ən yüksək həddinə çatıb. "Report" xəbər verir ki, bu barədə "Bank of America Merrill Lynch" bankı və "EPFR Global" təşkilatının hesabatlarında qeyd edilir.

    Məlumata görə, qlobal böhranın səbəbi Çində baş verən son hadisələrlə bağlıdır və investorların nağd vəsait əldə etmək istəməsi ABŞ-da valyuta bazarına marağı artırıb.

    Ölkənin səhm bazarında isə inkişafda olan ölkələrin səhm satması daha da sürətlənib. İnkişafda olan ölkələrdə bu böhran 7 həftə öncə başlayıb və səhmlərin 6 mlrd. dollarlıq hissəsi onlara məxsusdur.

    Məlumata görə, bu günə qədər səhmlərin 15%-i itki ilə üzləşib.

    ABŞ səhm bazarında satış həcmi 6,6 mlrd. dollar olduğu halda, ilin əvvəlindən bu yana 120 mlrd. dollara çatıb. İnkişafda olan ölkələrin səhm bazarında isə səhm satışının həcmi 2,5 mlrd. dollar artararaq ötən ilin yanvarından bu yana ən yüksək həddə çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi