Qlobal səhm bazarlarının dəyəri tarixi rekord səviyyəyə çatıb

Qlobal səhm bazarlarının dəyəri tarixi rekord səviyyəyə çatıb Fond birjalarında "köpük" yaranıb
Maliyyə
14 İyul , 2017 19:50
Qlobal səhm bazarlarının dəyəri tarixi rekord səviyyəyə çatıb

Bakı.14 iyul. REPORT.AZ/ Qlobal fond birjalarında səhmlərin məcmu dəyəri 76,3 trln. ABŞ dollarına yüksələrək tarixi rekord səviyyə müəyyən edib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu həftə "MSCI bütün ölkələr dünya indeksi" aprel ayından etibarən ən yaxşı dövrünü keçirməklə səhm bazarlarının kapitallaşmasında önəmli rol oynayıb. Əsas artım inkişaf etməkdə olan ölkələrin fond birjalarında qeydə alınıb. Avropa bölgəsi fond birjaları az miqdarda da olsa kapitallaşmaya müsbət təsir göstərib.

"Report"un analitik qrupu bildirir ki, səhm bazarlarının yüksəlməsi qlobal iqtisadi artım tempinin sürətini özündə əks etdirmir. Bu daha çox istiqraz bazarlarından qaçan investorların müvəqqəti olaraq kapital bazarlarına üz tutmasıdır. Belə ki, Mərkəzi bankların uçot dərəcəsini artırması niyyətini bildirməsindən sonra əsas investorların istiqraz bazarından çəkildiyi müşahidə olunub. Fond birjalarında yaranan "köpük" hər an kəskin azalma ilə əvəzlənə bilər. Belə bir vəziyyətin 2018-ci ildə baş vermə ehtimalı çox yüksəkdir. Analitik qrup fond birjalarında 20%-lik azalmanın ola biləcəyini istisna etmir. 

Son xəbərlər

Orphus sistemi