Yuxarı
    Bağlamaq

    Qlobal iqtisadiyyatın yavaşlaması Rusiya üçün ən böyük təhlükə olacaq

    Elvira Nabiullina: Dünya iqtisadiyyatında xammal super tsikli başa çatıb

    Bakı. 30 may. REPORT.AZ/ Rusiya iqtisadiyyatı yaxın gələcəkdə bir sıra daxili və xarici təsirlərə, xüsusilə dünya iqtisadiyyatının yavaşlaması nəticəsində yaranacaq qeyri-müəyyənliyə məruz qalacaq. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Nabiullina verib.

    Bank sədri bildirib ki, yaxın 5-10 il ərzində Rusiyanın iqtisadi artım amilləri 2000-2015-ci illərdəkindən fərqlənəcək. Nabiullina hazırda dünya iqtisadiyyatını inkişaf etdirəcək lokomotivin olmadığını, bunun da Rusiya ixrac malları olan xammal və digər ənənəvi mallara tələbatı azaltdığını qeyd edib. "Əvvəllər lokomotiv rolunu Çin oynayırdı. İndi isə bu ölkənin iqtisadi artım tempi zəifləyib və keyfiyyəti dəyişib. O, artıq ixrac və investisiya deyil, istehlakın hesabına artır. Bu da nəticədə enerji effektivliyini artırır. Bununla yanaşı, dünyada xammal təklifi artıb. Şist neft və qazla yanaşı qlobal metallurgiya sektorunda izafi istehsal gücləri yaranıb. Buna görə də biz nəinki neft, bütünlükdə xammal super tsiklinin sonu gəldiyini deyə bilərik", - deyə baş bankir vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi