Yuxarı
    Bağlamaq

    Qlobal borcların həcmi rekord səviyyəyə çatıb

    Özəl sektorun 100 trln. dollar borcu var

    Bakı. 6 oktyabr. REPORT.AZ/ Qlobal borcların həcmi 2015-ci ilin yekunu etibarilə 152 trln. ABŞ dollarına yüksələrək qlobal ÜDM-i 2 dəfə üstələyib. 

    "Report" Beynəlxalq Valyuta Fondunun (İMF) 2016-cı il maliyyə monitorinqi son hesabatına əsasən xəbər verir ki, hesabatda qeyd olunan borclara bank və maliyyə qurumlarının borcları aid edilməyib. Hesabatda rekord səviyyəyə çatan borcların qlobal iqtisadiyyatın bərpa olunmasına mane olacağı və maliyyə böhranlarına yol açacağı bildirilib.

    Hesabatda həmçinin qeyd olunub ki, maliyyə sektoru istisna olmaqla, qlobal borcların həcmi ÜDM-in 225%-ə çatıb. Bu borcun 100 trln. dollarlıq hissəsini özəl sektorun öhdəlikləri təşkil edib. Qalan 52 trln. dollar həcmində borc isə dövlətlərin öhdəlikləri olub və ÜDM-in 85%-ə bərabərdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi