Qlobal borc rekord həddə çatıb

Qlobal borc rekord həddə çatıb Bəzi ölkələrin borcu artıb, bəzilərinki isə azalıb
Maliyyə
29 İyun , 2017 13:46
Qlobal borc rekord həddə çatıb

Bakı. 29 iyun. REPORT.AZ/ Dünya üzrə borcun məbləği illik müqayisədə 600 mlrd. dollar artaraq bu il aprelin 1-nə 217 trln. dollar təşkil edib. 

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Beynəlxalq Maliyyə İnstitutunun (Institute of International Finance, IIF) məlumatına əsasən, yeni rekord dünya üzrə ümumi daxili məhsulun (ÜDM) 327%-nə bərabərdir. Borca dövlət, bank, şirkət və ev təsərrüfatı borcları daxildir.

"Qlobal borc yükü qeyri-bərabər paylanıb, bəzi ölkələrdə və sahələrdə azalıb, digərlərində isə əksinə artıb. Borcun bu son artımı uzunmüddətli artım üçün maneə, həmçinin maliyyə sabitliyi üçün risklər yarada bilər", - deyə İİF xəbərdalıq edib.

İl ərzində borcun ən yüksək artımı ABŞ və Çində qeydə alınıb. Hər iki ölkədə borc 2 trln. dollar artıb. Çində borc 32,7 trln. dollara, ABŞ-da isə 63 trln. dollara çatıb. Buna baxmayaraq ABŞ iqtisadiyyatının artımı borc artımını üstələyib ki, nəticədə borcun ÜDM-ə nisbəti 2,5 faiz bəndi azalıb. Çində də borcun artım tempi ÜDM-in artımından geri qalıb. 

Borcun ÜDM-ə nisbəti Çin, Çili, Kolumbiya və Türkiyədə artıb, Tailand, Braziliya, Rusiya və Macarıstanda azalıb. 

Son xəbərlər

Orphus sistemi