Qızıl bahalaşmağa davam edir

Qızıl bahalaşmağa davam edir Əksər Fond indeskləri ucuzlaşıb
Maliyyə
15 Oktyabr , 2015 09:34
Qızıl bahalaşmağa davam edir

Bakı. 15 oktyabr. REPORT.AZ/ Oktyabrın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,92% ucuzlaşaraq 16 924,89 bənd, S&P 500 0,47% azalaraq 1 994,24 bənd, Nasdaq isə 0,29% geriləyərək 4 782,85 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,15% ucuzlaşaraq 6 269,61 bənd, Fransa CAC-40-ı 0,74% geriləyərək 4 609,03 bənd, Almaniya DAX-ı isə 1,17% azalaraq 9 915,85 bənd təşkil edib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,99% bahalaşaraq 1 183,80 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1485 (+0,10%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi