​Qızıl və avronun qiymətində cüzi dəyişiklik qeydə alınıb

​Qızıl və avronun qiymətində cüzi dəyişiklik qeydə alınıb ABŞ və Avropanın bəzi əsas fond indeksləri artıb
Maliyyə
11 Noyabr , 2015 09:27
​Qızıl və avronun qiymətində cüzi dəyişiklik qeydə alınıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Noyabrın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,16% bahalaşaraq 17 758,21 bənd, S&P 500 0,15% artaraq 2 081,72 bənd, Nasdaq isə 0,24% geriləyərək 5 083,25 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,32% ucuzlaşaraq 6 275,28 bənd, Fransa CAC-40-ı 0,02% artaraq 4 912,16 bənd, Almaniya DAX-ı isə 0,16% irəliləyərək 10 832,52 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,04% ucuzlaşaraq 1 091,30 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0741 (+0,13%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi