Yuxarı

​Qızıl sürətlə bahalaşır

Birjada qızılın bir unsiyasının qiyməti 23,5 dollar artaraq 1 246 dolları keçib

Bakı. 1 mart. REPORT.AZ/ Fevralın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,74% ucuzlaşaraq 16 516,50 bənd, S&P 500 0,81% azalaraq 1 932,23 bənd, Nasdaq isə 0,71% geriləyərək 4 557,95 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,02% bahalaşaraq 6 097,09 bənd, Fransa CAC-40-ı 0,90% artaraq 4 353,55 bənd, Almaniya DAX-ı isə 0,19% geriləyərək 9 495,40 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 23,5 dollar yaxud 1,92% bahalaşaraq 1 246,30 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0882 (-0,48%) təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi