Qızıl hasilatçısının Azərbaycan banklarına borcu azalıb

Qızıl hasilatçısının Azərbaycan banklarına borcu azalıb Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanda qızıl hasilatı ilə məşğul olan Anglo-Asian Mining şirkətinin xalis borcu bu ilin yanvarın 1-nə 18,3 mln. dollar təşkil edib.
Maliyyə
16 Yanvar , 2018 16:18
Qızıl hasilatçısının Azərbaycan banklarına borcu azalıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanda qızıl hasilatı ilə məşğul olan "Anglo-Asian Mining" şirkətinin xalis borcu bu ilin yanvarın 1-nə 18,3 mln. dollar təşkil edib.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, borcun 1 mln. dolları “Kapital Bank” ASC, 2,1 mln. dolları "Azərbaycan Beynəlxalq Bankı" ASC, 3,7 mln. dolları “Paşa Bank” ASC-nin kreditləri üzrədir. “Kapital Bank”a borc III rübün yekunu ilə müqayisədə 0,2 mln. dollar, “Paşa Bank”a borc 1,7 mln. dollar, "Azərbaycan Beynəlxalq Bankı"na borc 2,3 mln. dollar azalıb.

Ümumilikdə, 2017-cı ilin sonuna şirkətin borcu aşağıdakı şəkildə olub:

Kreditorlar Borc (mln. dollar)
Kapital Bank 1.0
Amsterdam Trade Bank and Gazprombank (Switzerland) 7.4
International Bank of Azerbaijan 2.1
Atlas Copco equipment finance loan
YapiKredit
Pasha Bank

Reza Vaziri - director's loan

0.3
2.2
3.7

3.9

Total loans 20.6
Cash on hand and at bank (2.3)
Net debt 18.3

Xatırladaq ki, “Gədəbəy” yatağında qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış Hasilatın Pay Bölgüsü (PSA - Production Sharing Agreement) müqaviləsi çərçivəsində hasil olunur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. “Gədəbəy” yatağında ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə başlanıb.

Son xəbərlər

Orphus sistemi