Yuxarı
    Bağlamaq

    Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni qaydaları təsdiqləyib

    Dövlət Komitəsi Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması Qaydalarını təsdiq edib

    Bakı. 11 fevral. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası” təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

    "Report"un verdiyi xəbərə görə, bu qayda qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi qaydasını müəyyən edir. 

    Bundan başqa, Komitə tərəfindən “Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması Qaydaları” təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu qaydalar Azərbaycan ərazisində qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən Qanun ilə açıqlanması müəyyən edilmiş məlumatların dairəsini, açıqlanması vasitələrini və müddətlərini, eləcə də Məlumatların Elektron Açıqlanması Sisteminin funksiyalarını müəyyən edir.

    Həmçinin, “Qiymətli kağızlar və onların emitentləri barədə tədqiqatlar aparan və onların nəticələrini yayan, həmçinin investisiya strategiyasını təklif və ya tövsiyə edən şəxslərin məlumatları açıqlaması Qaydası” təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu qayda kütləvi təklif üsulu ilə yerləşdirilmiş və ya tənzimlənən bazarda ticarətə buraxılmış qiymətli kağızlar və ya baza aktivi həmin qiymətli kağızlar olan törəmə maliyyə alətləri və ya onların emitentləri barədə investisiya tədqiqatının hazırlanması və açıqlanmasına dair tələbləri müəyyən edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi