Yuxarı
    Bağlamaq

    Qeyri-işlək aktivlərin idarə edilməsi üzrə “Bakı yanaşması”nın hüquqi mexanizmlərinin yaradılması məsələləri müzakirə olunub

    Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Bakı yanaşması” adlı sənədin müzakirəsi ilə əlaqədar iclas keçirilib.

    “Report” bu barədə ABA-ya istinadən xəbər verir.

    İclasda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Azərbaycan Mərkəzi Bank , Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi və kommersiya banklarının nümayəndələri iştirak ediblər.

    Tədbirdə qeyri-işlək aktivlərin (QİA) idarə edilməsi üzrə “Bakı yanaşması”nın hüquqi mexanizmlərinin yaradılması məsələləri müzakirə olunub. Bankların səlahiyyətli nümayəndələrinin təklifləri dinlənilib.

    Qeyd edək ki, MBNP “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Qeyri-işlək aktivlərin idarə edilməsi üzrə hüquqi müxanizmlərin yaradılması” sərlövhəli 1.2.1-ci tədbirinin icrası üzrə “Bakı yanaşması” adlı sənədin hazırlanması üzərində iş aparır. Palatanın nümayəndələri ilə birgə işçi qrupunun yaradılması məqsədilə prosesə qoşulmaqda maraqlı olan banklar və onları prosesdə təmsil edəcək səlahiyyətli nümayəndələr (İdarə Heyətinin sədri və yaxud üzvləri səviyyəsində) ABA tərəfindən banklara müraciət edilərək müəyyənləşdirilib.

    İclasın sonunda qərara alınıb ki, “Bakı yanaşması” sənədi ilə əlaqədar ABA-ya üzv təşkilatların rəy və təklifləri yazılı şəkildə ABA-ya bildirilsin.

    Xatırladaq ki, ABA-nı 1990-cu ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 29 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi