Qətər öz valyuta ehtiyatları ilə boykota qarşı mübarizə aparacaq

Qətər öz valyuta ehtiyatları ilə boykota qarşı mübarizə aparacaq Qətərin 340 mlrd. dollar həcmində valyuta ehtiyatları var
Maliyyə
10 İyul , 2017 11:59
Qətər öz valyuta ehtiyatları ilə boykota qarşı mübarizə aparacaq

Bakı. 10 iyul. REPORT.AZ/ Qətər öz əhəmiyyətli valyuta ehtiyatları ilə digər ölkələr tərəfindən ona qarşı elan olunan diplomatik boykota qarşı dirəniş göstərmək imkanına sahibdir. "Report" xəbər verir ki, bunu Qətər Mərkəzi Bankının sədri Abdulla bin Saud əl Tani "CNBC" telekanalına müsahibəsində bildirib.

Əl Taniyə görə, Qətərin təxminən 40 mlrd. ABŞ dolları həcmində nağd vəsaiti və Qətər İnvestisiya Fondunda 300 mlrd. dollar vəsaiti var: "Bu vəsaitl bizim sistemin etibarlılığıdır, hansı ki, istənilən şoka qarşı dayanıqlılıq göstərmək imkanı verəcək".

Qeyd edək ki, iyunun 5-də Misir, S.Ərəbistanı, BƏƏ və Bəhreyn Qətərlə diplomatik münasibətləri kəsmək qərarına gəlib. Daha sonra onlara Yəmən, Liviya, Mavritaniya, Komor adaları, Maldivlər və Mavrikiy də aksiyaya qoşulub.

Son xəbərlər

Orphus sistemi