QDTİB Azərbaycanda kiçik və orta sahibkarlara yardım edəcək

QDTİB Azərbaycanda kiçik və orta sahibkarlara yardım edəcək Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Avstriya İnkişaf Bankı (OeEB) ilə 30 milyon avro dəyərində müqavilə imzalayıb.
Maliyyə
29 May , 2020 15:54
QDTİB Azərbaycanda kiçik və orta sahibkarlara yardım edəcək

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Avstriya İnkişaf Bankı (OeEB) ilə 30 milyon avro dəyərində müqavilə imzalayıb.

“Report” xəbər verir ki, müqavilə ilə üzv ölkələrdə sənaye, kənd təsərrüfatı və xidmət sektorlarında özəl sektor layihələri və investisiya proqramları maliyyələşdiriləcək.

Məlumata görə, bank Azərbaycan, Albaniya, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın dövriyyə kapitalını və ixracın maliyyələşdirilməsin təmin edəcək. Müqavilə çərçivəsində koronavirus pandemiyasından ən çox zərər görən və QDTİB tərəfindən prioritet sayılan kiçik və orta sahibkarlıq subyektlərinə yardım ediləcək. 

Bundan başqa, üzv ölkələrin hökumətlərinin post-pandemiya dövründə iqtisadiyyatı bərpa strategiyalarına kömək üçün həyata keçirdiyi tədbirlərə töhfə vermək məqsədilə əlavə maliyyələşdirmə təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi