“Qazprombank” PDVSA ilə müştərək müəssisəni tərk edib

“Qazprombank” PDVSA ilə müştərək müəssisəni tərk edib Rusiyanın “Qazprombank” bankı Venesuelanın PDVSA (Petroleos de Venezuela) dövlət şirkəti ilə qurduqları “Petrozamora” müştərək müəssisəsindən ayrılıb.
Maliyyə
15 Mart , 2019 12:45
“Qazprombank” PDVSA ilə müştərək müəssisəni tərk edib

Rusiyanın “Qazprombank” bankı Venesuelanın PDVSA (Petroleos de Venezuela) dövlət şirkəti ilə qurduqları “Petrozamora” müştərək müəssisəsindən ayrılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bankdakı mənbə bildirib.

"Bank “Petrozamora” şirkətindən dolayı sahibliyini tamamilə tərk edib, sövdələşmənin təfərrüatları açıqlanmır”, – mənbə qeyd edib.

Bundan əvvəl “Reuters” “Qazprombank”dakı mənbələrə istinadən ABŞ sanksiyalarından çəkindiyinə görə bankın PDVSA-nın hesablarını dondurduğunu xəbər vermişdi. Sonradan bu xəbərə münasibət bildirən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə xəbərdar olmadıqlarını söyləmişdi.

Daha əvvəl ABŞ hökuməti tərəfindən PDVSA-ya qarşı sanksiya tətbiq edilərək 7 milyard dollarlıq aktivlərini dondurduqlarını açıqlamışdı. Həmin sanksiyalar amerikalı şirkətlərin PDVSA-dan neft almasına qadağa qoyur. Belə sövdələşmələrdən əldə edilən vəsaitlərin qapalı hesaba köçürüləcəyi bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi