Qazaxıstanda dolların məzənnəsi düşə bilər

Qazaxıstanda dolların məzənnəsi düşə bilər Buna səbəb neftin qiymətinin yüksəlməsidir
Maliyyə
26 Sentyabr , 2017 12:09
Qazaxıstanda dolların məzənnəsi düşə bilər

Bakı. 26 sentyabr. REPORT.AZ/ Qazaxıstan tengesi enerji daşıyıcılarının qiymətinin artması fonunda möhkəmlənə bilər. "Report" xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Qazaxıstan Mərkəzi Bankının rəhbəri Daniyar Akişev deyib.

Qeyd edək ki, sentyabr ayının ortalarında tengenin dollarla müqayisədə orta qiyməti Qazaxıstan Fond Birjasında (KASE) son ayın minimal həddi olan 341,61-ə geriləyib.

Akişev bildirib ki, tengenin məzənnəsi neft qiymətlərinin aşağı olması və Rusiya rublunun zəif olması fonunda volatillik göstərir: "Neft bazarında cari vəziyyət xarici amillər sayəsində müsbətə doğru gedir. Buna görə də tengenin möhkəmlənməsi tam mümkündür".

Qeyd edək ki, tenge dollarla müqayisədə 2016-cı ilin yanvarında tarixi minimal səviyyə - 383,23-ə geriləyib. Hazırda məzənnə 342,1 KZT/USD təşkil edir və tenge minimum səviyyə ilə müqayisədə 10,7% möhkəmlənib. Xatırladaq ki, 2014-cü ildə neft qiymətlərindəki azalma başlamadan öncə Qazaxıstanda dolların məzənnəsi 155 KZT/USD-yə bərabər olub.

Son xəbərlər

Orphus sistemi