Qazaxıstan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Qazaxıstan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb Qərardan sonra dollar 1%-ə yaxın ucuzlaşıb
Maliyyə
15 Yanvar , 2018 15:39
Qazaxıstan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Qazaxıstan Mərkəzi Bankı (QMB) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq 9,75% səviyyəsində təsdiqləyib.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə QMB məlumat yayıb. Qeyd edək ki, analitiklər Mərkəzi Bankın faizləri dəyişdirməyəcəyini ehtimal edirdilər.

Məlumatda həmçinin bildirilir ki, uçot dərəcəsi +/-1% dəhlizində dalğalana biləcək. 

"Ötən ilin analoji dövründə Qazaxıstanda uçot dərəcəsi 12% təşkil edib. Faizlərin azaldılması 2017-ci ilin müsbət iqtisadi göstəricilərlə yekunlaşması və xoş perspektivlərlə əlaqəlidir. Qazaxıstan antiböhran tədbirlərindən inflyasiya hədəflərinə çatmaq üçün pul-kredit siyasətinin transmissiya mexanizmləri kanallarının bərpası və gücləndirilməsi dövrünə qədəm qoyur", - deyə QMB-nin rəhbəri Daniyar Akişev jurnalistlərə açıqlamasında bildirib.

Qərardan sonra Qazaxıstanda dolların məzənnəsi 330 tenge səviyyəsindən 327-yə geriləyib.

Son xəbərlər

Orphus sistemi