“Qala Sığorta” səhmdarlarına hesabat verəcək

“Qala Sığorta” səhmdarlarına hesabat verəcək Şirkətin səhmdarlarının yığıncağı çağırılıb
Maliyyə
7 Aprel , 2017 08:55
“Qala Sığorta” səhmdarlarına hesabat verəcək

Bakı. 7 aprel. REPORT.AZ/ Mayın 25-də, saat 15:00-da “Qala Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 43 ünvanında. “World Business Center” iş mərkəzinin 5-ci mərtəbəsində olacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin 2016-cı il üzrə yekun maliyyə hesabatlarının təsdiq olunması daxildir.

Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 mln. manatdır. Şirkətin səhmləri 100% "AzReTəkrarsığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi