“Qala Sığorta” baş ofisinin yerini dəyişib

“Qala Sığorta” baş ofisinin yerini dəyişib Şirkət "World Business Center” iş mərkəzini tərk edib
Maliyyə
20 Sentyabr , 2017 13:26
“Qala Sığorta” baş ofisinin yerini dəyişib

Bakı. 20 sentyabr. REPORT.AZ/ “Qala Sığorta” ASC-nin baş ofisi yeni ünvanda fəaliyyət göstərir.

“Report” xəbər verir ki, şirkətin baş ofisi indiyə qədər fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 43 ünvandakı “World Business Center” iş mərkəzindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124B ünvanına (H.Vəliyev küçəsi ilə kəsişməyə) köçürülüb.

Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 mln. manatdır. Şirkətin səhmləri 100% "AzReTəkrarsığorta" ASC-yə məxsusdur. Bu şirkət həm də “Qala Həyat Sığorta” ASC-nin səhmlərinin 91,11%-nə nəzarət edir. 

Son xəbərlər

Orphus sistemi