“Qafqaz Lizinq”in aktivləri 2 dəfədən çox azalıb

“Qafqaz Lizinq”in aktivləri 2 dəfədən çox azalıb Bakı. 31 may. REPORT.AZ/ “Qafqaz Lizinq” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 4,481 mln. manat təşkil edib.“Report” şirkətin maliyyə hesabatı...
Maliyyə
31 May , 2017 14:49
“Qafqaz Lizinq”in aktivləri 2 dəfədən çox azalıb

Bakı. 31 may. REPORT.AZ/ “Qafqaz Lizinq” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 4,481 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,1 dəfə azdır.

Hesabat dövründə “Qafqaz Lizinq”in cəmi kapitalı 42,3% azalaraq 4,475 mln. manata, cəmi öhdəlikləri isə 3,6 dəfə azalaraq 6,5 min manata düşüb.

2016-cı ildə “Qafqaz Lizinq”in cəmi gəlirləri 577 min manat (2015-ci ilə nisbətən 4,9 dəfə az), cəmi xərcləri isə 3,131 mln. manat (52,4% az) təşkil edib. Son nəticədə lizinq şirkəti ötən ili 2,553 mln. manat xalis zərərlə başa vurub. Bu isə əvvəlki illə müqayisədə 31,65% azdır.

Xatırladaq ki, "Qafqaz Lizinq" 2007-ci ildən fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 3,2 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 3 200 səhm əsasında formalaşıb. Səhmlərin 50%-i Türkiyənin "NAB Holding. A.S." şirkətinə, 50%-i isə Böyük Britaniyanın "Metin Limited" şirkətinə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi