“Qafqaz Kredit”in aktivləri 9% azalıb

“Qafqaz Kredit”in aktivləri 9% azalıb Bakı. 18 sentyabr. REPORT.AZ/ “Qafqaz Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 8,9% azalaraq bu il yanvarın 1-nə 781 min manat təşkil edib.
Maliyyə
18 Sentyabr , 2018 12:47
“Qafqaz Kredit”in aktivləri 9% azalıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ “Qafqaz Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 8,9% azalaraq bu il yanvarın 1-nə 781 min manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Qafqaz Kredit”in müştərilərə verdiyi xalis kreditlər 6,7% azalaraq 653 min manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri demək olar ki, 100% azalıb, cəmi kapitalı isə 2,25% azalaraq 781 min manat olub.

“Qafqaz Kredit” 2017-ci ili 18 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 86,15% və yaxud 7,2 dəfə azdır. 

Son xəbərlər

Orphus sistemi