“Qafqaz-Kredit” BOKT-un xalis mənfəəti 33% azalıb

“Qafqaz-Kredit” BOKT-un xalis mənfəəti 33% azalıb “Qafqaz-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 31 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
3 İyun , 2020 13:54
“Qafqaz-Kredit” BOKT-un xalis mənfəəti 33% azalıb

“Qafqaz-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 31 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 32,6% azdır.

Ötən il “Qafqaz-Kredit”in vergiyəqədərki mənfəəti 39 min manat (əvvəlki ilə nisbətən 45,1% az), mənfəət vergisi ödəmələri isə 8 min manat (68% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Qafqaz-Kredit”in aktivləri 1,1 milyon manat olub ki, bu da illik müqayisədə 37,7% çoxdur. Bunun 818 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 47,9% böyüyüb.

Hesabat dövründə “Qafqaz-Kredit”in 282 dəfə artaraq 282 min manata, balans kapitalı isə 3,7% artaraq 858 min manata çatıb.

Xatırladaq ki, “Qafqaz-Kredit” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 592 min manatdır. BOKT-un təsisçiləri Arif Qurbanov (direktor, 33,3%), Xalisə Əminova (33,4%) və Züleyxa Rəsulovadır (33,3%). 

Son xəbərlər

Orphus sistemi