"Qafqaz İnkişaf Bankı" yeni əmanət məhsullarını istifadəyə verib

"Qafqaz İnkişaf Bankı" yeni əmanət məhsullarını istifadəyə verib Əmanətlər müxtəlif gəlirliklə manat, dollar və avroda qəbul olunur
Maliyyə
10 Aprel , 2015 17:21
Qafqaz İnkişaf Bankı yeni əmanət məhsullarını istifadəyə verib

Bakı. 10. REPORT.AZ/ “Qafqaz İnkişaf Bankı” ASC fiziki şəxslər üçün yeni əmanət məhsullarını (“Klassik”, “Zəmanətli”, “Yığım” və “Tələbli”) müştərilərə təqdim edib. 

"Report"un banka istinadən verdiyi xəbərə görə, "Tələbli" əmanətlər manat və dollarla, digərləri isə manat, dollar və avro ilə yerləşdirilə bilər.

Qeyd olunur ki, 6 ay müddətinə olan "Tələbli" əmanətlər üzrə illik faiz dərəcəsi manatda 3%, dollarda 2%, 6 aydan 60 ayadək yerləşdirilən "Yığım" əmanətlərində manatla maksimal 13%, dollarla 12%, avro ilə 5%, 12 aydan 60 aya kimi yerləşdirilən "Zəmanətli" əmanətlərdə manat və dollarda 12%, avroda isə 7-8%, 6 aydan 36 ayadək olan "Klassik" əmanətlərdə isə manatda 14-16%, dollarda 13-15%, avroda isə 6-6,5% təşkil edir.

Xatırladaq ki, bank 2007-ci ilin sentyabr ayından Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu da “Əmanətlərin sığortalanması haqqında” qanunun şərtlərinə müvafiq olaraq əhalinin bankda yerləşdirdiyi əmanətlərin (illik gəlirliyi 12%-dək olduqda) sığortalanmasını təmin edir.

Son xəbərlər

Orphus sistemi