"PwC Azerbaijan": Bu il ölkədə proseslərin stabilləşməsi prosesi gedir

"PwC Azerbaijan": Bu il ölkədə proseslərin stabilləşməsi prosesi gedir Ötən il Azərbaycan üçün çətin il olub, iqtisadiyyatdakı problemlər üzə çıxıb
Maliyyə
29 Mart , 2017 09:14
PwC Azerbaijan: Bu il ölkədə proseslərin stabilləşməsi prosesi gedir

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan üçün 2016-cı il çətin il olub, iqtisadiyyatda, sistemdə böyük problemlərin olduğu üzə çıxıb. 

"Report" xəbər verir ki, bunu "PwC Azerbaijan" şirkətinin ölkə idarəedici partnyoru Mövlan Paşayev deyib.

M.Paşayevin sözlərinə görə, 2017-ci ildə proseslərin stabilləşməsi prosesi gedir.

"PwC"nin Mərkəzi və Şərqi Avropa üzrə baş icraçı direktoru Olqa Qriger-Siddons isə apardıqları "CEO survey" təhlili haqqında danışarkən deyib ki, hazırda şirkətlər daha çox müasir texnologiyadan istifadə etməyə üstünlük verir: "Son 12 ayda şirkət rəhbərləri ilə apardığımız görüşlərin hamısında onlar yeni texnologiyaların inkişafından danışıb".

"PwC" rəsmisi qeyd edib ki, şirkətlər həmçinin kibertəhlükəsizlik məsələlərinə də üstünlük verir: "Bu gün texnologiya həm də istehsal sahəsində inkişaf edib. Əgər bir müddət əvvəl istehsalatda 1 800-ə qədər robot çalışırdısa bu gün onların sayı 2 mln.-dan çoxdur. Bu isə işçi qüvvəsinin azalmasına səbəb olub. Düşünürük ki, şirkətlərin qarşılıqlı anlaşma şəraitində çalışması lazımdır ki, canlı işçi qüvvəsi azalmasın".

Son xəbərlər

Orphus sistemi