"PSG Kapital İnvestisiya Şirkəti" nizamnamə kapitalını kəskin artırıb

"PSG Kapital İnvestisiya Şirkəti" nizamnamə kapitalını kəskin artırıb PSG Kapital İnvestisiya Şirkəti QSC nizamnamə kapitalı 4,25 milyon manat və yaxud 3,1 dəfə artırıb.
Maliyyə
1 May , 2020 10:38
PSG Kapital İnvestisiya Şirkəti nizamnamə kapitalını kəskin artırıb

"PSG Kapital İnvestisiya Şirkəti" QSC nizamnamə kapitalı 4,25 milyon manat və yaxud 3,1 dəfə artırıb.

"Report" xəbər verir ki, maliyyə qurumunun kapitalı 2 milyon manatdan 6,25 milyon manata çatıb.

Kapital artımı investisiya şirkətinin yeganə səhmdarı - fiziki şəxsin iştirakı ilə baş tutub.

Xatırladaq ki, “PSG Kapital” 2012-ci ildə yaradılıb. İnvestisiya şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının market-meykeridir. 

Son xəbərlər

Orphus sistemi