“PSG Finans” SKMF-nin müvəkkil kredit təşkilatı ola bilər

“PSG Finans” SKMF-nin müvəkkil kredit təşkilatı ola bilər Bu barədə BOKT-un direktor müavini Vüqar Mirzəyev məlumat verib
Maliyyə
8 Dekabr , 2016 10:06
“PSG Finans” SKMF-nin müvəkkil kredit təşkilatı ola bilər

Bakı. 8 dekabr. REPORT.AZ/ “PSG Finans” MMC bank olmayan kredit təşkilatı (BOKT) gələn il İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) müvəkkil kredit təşkilatı olmağı planlaşdırır. Bunu “Report”a açıqlamasında BOKT-un direktor müavini Vüqar Mirzəyev deyib.

“Biz təxminən 2 ildir ki, SKMF-in xətti ilə sahibkarlara kredit vermək istəyirik. Fond adambaşına 5 min manata qədər kredit ayrılmasını təklif edir. Biz isə bu məbləğin azı 10-15 min manat olmasında maraqlıyıq, çünki 5 min manat iş adamlarına sərf etmir. 2017-ci ildə bu məsələ ilə bağlı razılıq əldə etməyi planlaşdırırıq”, - deyə V.Mirzəyev qeyd edib.

Direktor müavini onu da deyib ki, hazırda “PSG Finans” kreditləşməni əsasən nizamnamə kapitalı, eləcə də təsisçilərin borc müqaviləsi əsasında ayırdığı vəsaitlər hesabına həyata keçirir. BOKT-un yaxın vaxtlarda digər mənbələrdən, o cümlədən istiqraz buraxılışı yolu ilə qiymətli kağızlar bazarından vəsait cəlb etmək planı yoxdur.

Xatırladaq ki, “PSG Finans” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,7 mln. manatdır. BOKT “PSG” Şirkətlər Qrupuna daxildir. Bu holdinqdə “PSG-Kapital İnvestisiya Şirkəti” QSC də təmsil olunur.

Son xəbərlər

Orphus sistemi